• 09:56

Türk şurası ölkələrinin nazirləri əməkdaşlığı müzakirə edəcəklər

10 Noyabr 2017, 16:27

Türk Şurasının dörd ölkəsinin iqtisadiyyat nazirləri noyabrın 30-də Türkiyədə keçiriləcək görüşdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. 

Bu barədə Türk Şurasının Baş katibi Ramil Həsənov
Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfransda bildirib.

Görüşdə regional iqtisadi inkişaf və bu yolda yaranan problemlərin həlli məsələlərinin müzakirə olunacaq.Baş katib Ramil Həsənov geosiyasi dəyişiklərin Qırğıstanda daxil olmaqla Azərbaycan Türkiyə və Qazaxıstanın maraqlarına daxil olduğunu diqqətə çatdırıb.

Baş katib Azərbaycan ilə Türkiyə arasında imzalanan Tasim layihəsindən də danışıb. O bildirib ki, hələ 10 il əvvəl imzalanan Layihənin inkişaf etdirilməsi Avropa ilə Asiya arasındakı əlaqələrin yaradılmasında bir platforma rolunu oynayacaq.

Ramil Həsənov Özbəkistan və digər qardaş ölkələrlə əməkdaşlığın müsbət nəticələr doğura biləcəyini bilidirib.