• 09:56

Ağstafada əhalinin səmərəli məşğulluğunun təmin edilməsi mövzusunda tədbir keçirilib

11 Noyabr 2017, 10:29

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar işsiz və işaxtaranların işlə təminatının yaxşılaşdırılması, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün respublikamızda, eləcə də Ağstafa rayonunda bir sıra layihələr həyata keçirilir. Bu gün Ağstafa rayon məğulluq mərkəzi tərəfindən keçirilən dəirmi masada, Ağstafada məğulluq mərkəzinin direktoru Meydanalı Mansurov çıxış edərək qeyd edib ki, Azərbaycan dövləti vətəndaşların səmərəli və sərbəst seçilmiş məşğulluğunun təmin edilməsinə köməklik göstərir, məşğulluq sahəsində dövlət siyasətinin əsas istiqamətləri müəyyən edir. 

Ağstafa rayon məşğulluq mərkəzinin baş məsləhətçisi Nabat Qasımova geniş məruzə ilə çıxış edərək qeyd edib ki, yoxlamaların dayandırılmasının daha 4 il uzadılması, istehsal müəssiələrinin yaradılması, mövcud müəssisələrdə istehsalın genişləndirilməsi istiqamətlərində bir sıra tədbirlərin görülməsi, yeni iş yerlərinin yaradılması əhalinin məşğulluq səviyyəsinin gücləndirilməsinə öz müsbət təsirini göstərir.

Eyni zamanda əhalinin səmərəli məşğulluğunun gücləndirilməsi istiqamətində Ağstafa rayonunda da Məşğulluq Mərkəzi ilə işəgötürənlər məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri və həmkarlar ittifaqları sıx əməkdaşlıq şəraitində işləməlidirlər.

Hər il Ağstafa rayonunda “Əmək yarmarka”ları keçirilir. Bu il də noyabrın axırlarında “Əmək yarmarkası”nın keçirilməsi nəzərdə tutulub.