• 09:50

Vahid sürücü bazası üçün 3000-dən artıq sürücünün adı peşəkar bazaya daxil edilib

11 Noyabr 2017, 16:32

Bakı Nəqliyyat Agentliyi tərəfindən peşəkar sürücü bazası yaradılacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin bazasında Sürücü Təlim Mərkəzi fəaliyyət göstərir. İlkin olaraq daşıyıcılar tərəfindən 3000-dən artıq sürücülərin adları sürücü məlumat bazasına daxil edilib.

Bir aydan artıq müddətdir ki, bu bazada adları olan sürücülər məcburi şəkildə Sürücü Təlim Mərkəzindəki kurslara cəlb edilib. Təlimi uğurla başa vuran sürücülərə sertifikatlar verilir və onların adı gələcəkdə yaradılacaq peşəkar sürücü bazasına daxil ediləcək.

Qeyd edək ki, ilkin mərhələdə yalnız ictimai nəqliyyatda çalışan sürücülər təlim mərkəzindəki kurslara cəlb olunacaqlar daha sonra isə gələcəkdə ictimai nəqliyyatı idarə etmək hüququ olan  istənilən bir şəxs bu mərkəzə təlim üçün müraciət edə bilər.