• 09:51

Astara sakininin üzərindən bir kq-dan artıq çəkidə narkotik maddə çıxıb

13 Noyabr 2017, 17:40

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Astara rayon sakini Rüfət Qurbanov saxlanılıb. Polis idarəsində onun üzərinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 805 qram qurudulmuş marixuana aşkar edilib.

İlkin ifadəsi zamanı saxlanılan şəxs narkotik vasitə aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri Astara rayonundan paytaxta gətirdiyini bildirib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.