• 09:50

“Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda müzakirə keçirilib

13 Noyabr 2017, 15:23

Gəncə şəhərində təşkil olunan tədbirə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan sahibkarlar, bələdiyyə və ictimaiyyət nümayəndələri olmaqla 300 nəfər qatılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı tədbirdə çıxış edərək bildirib ki, regional müzakirələrin əsas məqsədi ölkədə həyata keçirilən islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığı və maariflənməni təmin etmək, həmçinin dövlət-özəl sektor dialoqunun güclənməsinə töhfə verməkdir.

Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov bildirib ki, son illər Azərbaycanda dərin iqtisadi islahatlar aparılır.

Milli Məclisin deputatı Musa Quliyev isə çıxışında Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu deyib. Musa Quliyev həmçinin vurğulayıb ki, Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasəti artıq öz bəhrəsini verməkdədir.

Qeyd edilib ki, Azərbaycanın sürətli inkişafında bölgələrin hər bir rayonu üçün spesifik istehsal sahələri yaradılır. Strateji Yol xəritələrində də bu regionda istehsal potensialının tam reallaşdırılması və dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaqla bağlı tədbirlər öz əksini tapıb.

Sonda sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.