• 18:41

Cənubi Koreya Respublikasının səfiri Gəncədə olub

05 Dekabr 2017, 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

İcra hakimiyyətinin başçısı səfiri salamlayaraq, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri və yeni layihələr haqqında məlumat verib.

 

Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kim Çanq-gyu səmimi qarşılandıqlarına görə öz minnətdarığını bildirib. Nizami yurdunda sənayedə olan dinamiklikdən söz açan səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb. 

 

Görüşdə qarşlıqlı əməkdaşlıq, yüksək texnologiyalar, sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.