• 18:59

“UAFA” yardım təşkilatının Gəncə icma əsaslı reabilitasiya mərkəzi tamaşa təqdim edib

05 Dekabr 2017, 14:02

"Beynəlxalq Əlillər Günü” münasibətilə “UAFA”-Azərbaycana birgə yardım təşkilatının Gəncə icma əsaslı reabilitasiya mərkəzi fiziki güsurlu uşaqlardan ibarət səhnələşdirmiş teatr tamaşaçılara nümayiş etdirib.

 

Səhnədə çıxış edən uşaqların hər biri fiziki əlilliyi olan uşaqlar olub. Teatrlaşmış səhnəciyə tamaşa etmək üçün gələn tamaşaçılar əlil uşaqların əl işləri ilə də tanış olublar.

 

İcma əsaslı reabilitasiya mərkəzi 2003 ildə Gəncə şəhərində yarandıqdan bu günə qədər burdan 1200-dən artıq uşaq bəhrələnib və hazırda da mərkəzə hər həftə 80-dən çox uşaq gələrək faydalanırllar. Mərkəzdə “bacarıqlı əllər” və “Xalq yaradıcılığı” dərnəkləridə fəaliyyət göstərir.

 

Tədbirin sonunda xatirə fotosu çəkilib və uşaqlara hədiyyələr təqdim edilib.