• 18:34

13 aqro parka 98 milyon manat vəsait ayrılıb -nazir müavini

06 Dekabr 2017, 17:01

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Maliyyə İnstitutlarının (Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, GİZ, KfW və Avropa İttifaqı) yerli nümayəndəliklərinin, sənaye parkları və sənaye məhəllələri rezidentlərinin iştirakı ilə "Beynəlxalq Maliyyə İnstitutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda tədbir keçirilib.

 

İnterAz xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov açıb.

 

O, ölkədə sənayeləşməyə xüsusi diqqət yetirildiyini deyib:"Azərbaycanda sənaye mərkəzləri, sənaye zonaları yaradılıb. Ölkədə beş sənaye parkı formalaşdırılıb. Bir sıra rezidentlər fəaliyyət göstərir".

 

Azərbaycanda aqro sənayenin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayan nazir müavini bildirib ki, bu sahədə işlər davam edəcək.

 

N.Səforov qeyd edib  ki, Xaçmaz, Şəmkir, Cəlilabadda aqro parklar salınıb:"13 aqro parkın yaradılması üçün 98 milyon manat vəsait ayrılıb. Parkların ümumi dəyəri 350 milyon manatdır".