• 18:34

Gəncə sakini qanla yazılan tarixi evində yaşadır

06 Dekabr 2017, 17:37

Bu qədər maraqlı görünən bu əşyalar heç bir dövlət muzeyində deyil, Gəncə sakini Elnarə Tağıyevanın evində qoruyub saxladığı və  il bə il artan, şəxsi kolleksiyasına aid olan əşyalardır.

 

Elnarə Tağıyeva Dağlıq Qarabağ müharibəsinin başlandığı ilk illərdə Müdafiə Nazirliyinin ərzində olan Əşya Əmlak Xidmət kombinatında işləyib. Vətən sevgisi ilə özünə yaratdığı guşə bu gün “Vətən İgidləri Muzeyi”nə çevirilib. Və hal-hazırda 2200-dən çox eksponatı var.

 

E.Tağıyeva bildirib ki, televiziyada yaralanan, yaxud şəhid olan əsgərin xəbərini eşitdikdə əvvəlcə onun ünvanını araşdırıb tapır, sonra da yaşadığı evə gedir. Yaralı əsgərlərlə, şəhid ailələri ilə görüşür, o ünvanlardan geri qayıdanda isə muzey üçün bir əşya gətirir.  

 

Evin divarında asılmış bu kustar üsulla hazırlanan tüfəng isə Gəncənin ilk şəhidlərindən olan Bəxtiyar Əliyevin silahıdır. Müharibənin ilk illərində nə ordumuz var idi, nə də silahımız. Bəxtiyar erməni quldurlarının Çaykənddə fəal olduqlarını eşidir, bu silahı hazırlayır və düşmənin üstünə gedir. Və 1990-cı ildə, Todanın müdafiəsində qəhrəmancasına şəhid olur.

 

Muzeyi əsasən şəhidlərin əzizləri, yaxın qohumları, qazilərin və Milli Qəhrəmanlar ziyarət edir.  

 

Qeyd edək ki, xırda bir guşədən başlayaraq yaradılan bu müzey hal-hazırda Elnarə xanımın evinin 3 otağını əhatə edib.