• 18:40

Məktəblər qış mövsümünə hazırdır

06 Dekabr 2017, 17:57

Azərbaycanın qərb bölgəsində məktəblər qış mövsümünə tam hazırdı. Bölgədə  məktəblər yanacaqla təmin edilib, bəzi məktəblər isə mərkəzləşmiş istilik sistemi ilə təchiz edilib. Əməkdaşlarımız mövzu ilə bağlı Şəmkir şəhər Nəriman Nərimanov adına tam orta məktəbində olub. Məktəb müasir mərkəzləşmiş istilik sitemi ilə təmin edilib. Şagirdlər və müəllimlər məktəbdəki istilik stemindən razı qaldıqlarını bildirib və onlar üçün yaranmış gözəl şəraitə görə adiyyatı qrumalara minnətdarlıqlarını ifadə ediblər.

 

750 nəfər şagirdin təhsil aldığı Şəmkir şəhər Nəriman Nərimanov adına tam orta məıktəbin direktoru Vidadi Bayramov isə məktəbin uyğunlaşmış binada yerləşməsinə baxmayaraq məktəbin mərkəzləşmiş istilik sitemi ilə təchiz edildiyini və hazırda bütün sinif otaqlarının normal istiliklə təmin edildiyini deyib.

 

Tovuz rayonun ən ucqar kəndlərindən biri olan Hunanlar kəndində də məktəb odun yanacağı ilə təmin edilib, məktəb binasının köhnə olmasına baxmayaraq sinif otaqları normal istiliklə təmin edilib.