• 20:20

Sumqayıtda gənc ehtiyatsızlıq nəticəsində sirkə turşusundan zəhərlənib

  • 26
10 Yanvar 2018, 11:49

Sumqayıtda ehtiyatsızlıq zəhərlənməyə səbəb olub.

21 yaşlı gənc, su əvəzinə sirkə turşusu içib. Hadisə şəhərin 76-cı məhəlləsində baş verib. Belə ki, ötən gecə sözügedən ünvanda Sumqayıt şəhər sakini 21 yaşlı Vasin İsgəndərov su içmək məqsədi ilə mətbəxə keçib. Butulkadaki sirkə mayesini qaynamış su bilib və içib. Bir neçə saniyə sonra nə içdiyini fərqinə varanda isə artıq gec olub. Zəhərlənən gənci yaxınları tez Sumqayıt şəhər TTYX-na çatdırıblar. Xəstəyə dərhal müdaxilə edilib. Ancaq onun vəziyyəti ağırlaşdığından əlavə həkim briqadası çağrılıb. Bir neçə saatdan sonra Vasin İsgəndərovun vəziyyəti normallaşıb.

Faktla bağlı araşdırmalar aparılır.