• 15:04

Ötən il Gəncə şəhər təcili tibbi yardım stansiyasına 92 684 müraciət olub

  • 27
10 Yanvar 2018, 13:34

Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS) hər an əhaliyə yardım göstərməyə hazırdır.

 

Bunu İnterAz-ın bölgə müxbirinə Gəncə şəhər TTTYS-ın baş həkimi Namiq Nəbiyev bildirib.

 

Baş həkim deyib ki, Gəncə şəhər sakinləri ötən il ərzində 103 qaynar xəttindən ümumilikdə 92,684 dəfə istifadə ediblər.

 

Onun sözlərinə görə, bu göstərici ötən illə müqayisədə 2684 dəfə  çoxdur: “Belə ki, əsas  çağırışlar ürək,qan-damar çatışmazlıqları ilə bağlı olub”.

 

N.Nəbiyev vurğulayıb ki, il ərzində 7435 nəfər kardiolojı xidmət üçün müraciət edib: “Onların 5211 nəfəri uşaqlarla, 385 nəfəri isə hamiləlik ilə əlaqədər müraciət edib.

 

Xatırladaq ki,  Gəncə TTTYS-da gün ərzində 13-14 xüsusi nəqliyyat vasitəsi “Ambulans” var, bununla yanaşı stansiya 61 həkim, 72 orta-tibb işçisi və 8 texniki işçi ilə əhaliyə xidmət göstərir.