• 20:31

Göygöl rayonu üzrə təqaüd alanların sayı açıqlanıb

  • 122
11 Yanvar 2018, 16:50

Ötən il ərzində Göygöl rayonu üzrə 19,688,000 min manat pensiya paylanılıb.

 

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon pensiya sektorunun aparıcı məsəhətçisi Amin Hümbətov məlumat verib.

 

A.Hümbətov bildirib ki, rayon üzrə pensiyaçıların sayı 8694 nəfərdir. Onlardan 2761 nəfəri qruplar üzrə əlilliyi olan insanlardır. Təqaüdçülərin 5255 nəfəri yaşa görə, 678 nəfəri ailə başçısını itirdiyinə görə müavinət alır. Rayon üzrə Böyük vətən müharibəsi əlili olan 2, müharibə iştirakçısı olan 2 nəfər var.

 

Qeyd edək ki, 2017-ci ildə qəbul edilmiş qərara əsasən hal hazırda işləyən və 6 ildən artıq iş stajı olan əmək pensiyacılarının təqaüdü  orta hesabla 110 manata, əlilliyə görə alınan təqüd isə orta hesabla 80 manata qədər artırılıb.