• 00:47

Goranboyda zəhərlənmə hadisəsi baş verib

  • 16
11 Yanvar 2018, 15:05

Goranboyda bir gündə 2 qadın zəhərlənib. İlk hadisə rayonun Səfikurd kəndində baş verib. 23 yaşlı Lalə Həsənova səhhətində narahatlıq yarandığından xəstəxanaya çatdırılıb. Yoxlamalar zamanı kənd sakinin dəm qazından zəhərləndiyi müəyyənləşib. Ona tibbi yardım göstərilib. 

 

Növbəti zəhərlənmə hadisəsi isə rayon mərkəzində qeydə alınıb. 31 yaşlı Gülanə Qarayeva kirayədə yaşadığı mənzildə qızdırıcı sobada istifadə etdilən kömürün tüstüsündən zəhərlənib. Xəstəxanaya çatdırlan qadına tibbi yardım göstərlib. 

 

Hər iki qadının vəziyyətinin kafi olduğu bildirilir.