• 00:01

Tovuzda naməlum şəxs meyvə bağındakı ağacları kəsib

11 Yanvar 2018, 13:09

Tovuz sakininin xurma bağı gecə saatlarında baltalanıb. Rayonun Cəlilli kəndində yaşayan Novruzəli Fərzəliyevin 42 sot ərazidə saldığı meyvə bağı naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Bağda olan 400-dən çox xurma tinkinin hamısı dibindən baltalanıb. 4 il əvvəl əkilən ağaclar bu il artıq bar verməli idi. Təsərrüfatçı başına gələn hadisə ilə bağlı polisə məlumat verib. 

 

Faktla bağlı araşdırma aparılır.