• 15:53

2017-ci ildə Azərbaycanın qeyri-neft ixracı 24% artıb

  • 27
12 Yanvar 2018, 15:46

“2017-ci ildə Azərbaycanın qeyri-neft ixracı 24% artıb. Bu müddətdə kənd təsərrüfatı ixracında 28%, sənaye məhsulu ixracında 21% artım qeydə alınıb”.

 

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.

 

Sahil Babayev in sözlərinə görə,Ötən il Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib”.  “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində ötən il ərzində 10 ixrac missiyası təşkil edilib. İxrac təşviqinin məbləği 2,870 mln. manat təşkil edib.

 

Həmçinin,ölkədə xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 7% artıb.  ötən il 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib.  Bu sayı artırmaq məqsədilə  xarici böyük şəbəkələrin Azərbycan bazarlarına təşviqinə nail olunması istiqamətində yeni layihələr hazırlanır.

 

Qeyd edək ki, Bu gün Bakıda İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və “Made in Azerbaijan” loqosunun təqdimat mərasimi keçirilib. Loqo özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyini, ölkənin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.