• 16:54

Gəncədə uşaq ölümlərinin araşdırılması məqsədilə regional müşavirə keçirilib

  • 18
12 Yanvar 2018, 16:30

Səhiyyə Nazirliyinin 11.10.2017-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq olunan "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş tədbirlər Planı"na uyğun olaraq Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux, Gədəbəy, Goranboy, Şəmkir, Qazax, Bərdə, Kəlbəcər, Xocalı, Yevlax və Tərtər rayonlarından olan pediatr, neontoloqların və mama-ginekoloqların iştirakı ilə regional müşavirə keçirilib.

 

Müşavirədə Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev, Səhiyyə Nazirliyinin Tibbi-Yardım şöbəsinin müavini Nərgiz Şərifova, Pediatriya institutunun neonotoloji şöbəsinin müdiri Adilə Hacıyeva və səhiyyə işçiləri iştirak edib.

 

Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev müşavirənin əsas məqsədinin ölkəmizdə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyəyyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına gətirməkdən ibarət olduğunu bildirib. N. Quliyev onu da qeyd edib ki, səhiyyə sahəsində xidmət göstərən kadrlar günümüzün tələblərinə uyğun olaraq çalışmalı və gələcək nəslin sağlamlığını qorunması ilə bağlı mümkün olan bütün dəstəyi göstərməlidilər. Professor keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisinin üç dəfəyə qədər azaldığını bildirib. 

 

Müşavirədə həmçinin 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili, prioritetlər müəyyənləşdirilərək risk qrupunda olan hamilə qadınların sağlamlıq vəziyyətinin müzakirəsi, həmçinin vaxtında doğuşayardım müəssisələrinə göndərilərməsindən və bu kimi zamanında görülməli olan işlərdən danışılıb.