• 12:59

Çerkas dövlət universitetində təhsil alan xarici tələbələrin əksəriyyətini azərbaycanlılar təşkil edir

  • 120
13 Yanvar 2018, 15:10

Çerkas dövlət universiteti Ukraynada məşhur ali təhsil ocaqlarından biridir. Ümumilikdə, universitetdə 5 min tələbə təhsil alır. Həmin tələbələrdən 500 nəfəri əcnəbilərdir. Universitetdə təhsil alan azərbaycanlı tələbələrin göstəriciləri yüksəkdir və xarici tələbələrin 70 faizini azərbaycanlılar təşkil edir. Bu sözləri İnterAz-a müsahibəsində Çerkas dövlət universitetinin rektoru Oleq Aleksandroviç Qriqor  bildirib.

 

Rektor bildirir ki, ali təhsil ocağında müxtəlif profillər üzrə 7 fakültə mövcuddur və yüksək səviyyəli elmi potensial var. Burada 50-ə yaxın professor heyəti çalışır. Universitet yüksək təhsil verməklə bərabər, həmçinin tələbələrin yaşayış və istirahəti üçün lazımi bütün şəraitlə təmin edir. Azərbaycanlı tələbələri isə Ukraynada təhsil almağa cəlb edən səbəblər çoxdur. Onlardan biri də iki ölkə arasında elmi, iqtisadi, mədəni əlaqələrin olmasıdır. 

 

Həmçinin Ukraynada universitetlərində təhsil haqqı münasibdir. Bildirək ki, ölkənin bir çox ali məktəblərində azərbaycanlı professorlar, dosentlər fəaliyyət göstərir.

 

Qeyd edək ki, Ukraynada təqdim olunan diplomlar Azərbaycanda nastrifikasiya prosesini keçdikdən sonra tanınır.