• 23:47

Müasir avadanlıqlarla təchiz edilən kənd xəstəxanaları sakinlərə xidmət edir

13 Yanvar 2018, 12:59

Şəmkirin kənd xəstəxanalarında yenliklər edilib. Regionların inkişafı dövlət proqramı çərçivəsində, bölgələrdə mərkəzi xəstəxanalarla yanaşı kənd xəstəxanalarında da bir sıra yenliklər var. Belə xəstəxanlardan biri də Azərbaycanın qərb bölgəsi olan Şəmkir rayonun Zəyəm Qəsəbə xəstəxanasıdır, Xəsətxana müasir tibbi avadanlıqlar ilə təchiz edilib, labaratoriyada müayinə üçün hər cür şərait yaradılıb. Xəstəxananın şöbələri həkimlərin fəaliyyət göstərməsi üçün bütün lazımı avadanlıqlarla təmin edilib. Yerli və yaxın ərazidə yaşayan şəkərli diabet xəstələri isə rayon mərkəzinə getmədən, heç bir növbə gözləmədən qəsəbə xəstəxanasından şəkərli diabet xəstələri üçün lazımı olan dəriman preparatlarını ala bilirlər. Bu isə  sakinlər ilə yanaşı həkimlərində işlərini xeyli asanlaşdırıb.

 

20 çarpayılıq Zəyəm qəsəbə xəstəxanasında hazırda 4 şöbədə 12 ali təhsilli həkimin fəaliyyət göstədiyini deyən xəstəxananın baş həkimi Sevda Məmmədova  burada yaranmış şəraitə uyğun olaraq həkimlərin xəstələrə yüksək səviyyədə xidmət göstərdiyini, bu baxımdan da həkimlər ilə xəstələr arasında heç  bir problemin yaşanmdığını bildirib.