• 12:53

Tovuzun dağ kəndlərində təbii qazın olmamağı insanları çətin vəziyyətə salır

  • 31
13 Yanvar 2018, 13:36

Regionların inkişafı dövlət proqramı çərçivəsində, Tovuz rayonun dağ kəndləri olan Əhmədəbad və Qəribli kəndlərinin yollarına asfalt örtüyü çəkilib, kəndlər fasiləsiz elektrik enerjisi ilə təmin edilib. Lakin dağlıq ərazidə yaşayan kənd sakinləri təbii qazın olmaması səbəbindən soyuq qış günlərində istiliyin əldə edilməsində əziyyət çəkdiklərini bildiriblər. Eyni zamanda telefon xəttinin olmaması səbəbindən sakinlər internetdən istifadə edə bilmirlər. XXI əsrdə müasir texnalojiyadan uzaq olmaq isə sakinlərin, xüsusi ilədə  müəllimlərin işlərini çətinləşdirir.

 

Hər iki kəndin inzibati ərazi üzrə nümayəndəliyindən isə bildirilib ki, 2018-ci ildə Tovuz rayonunun digər təbii qaz olmayan kəndləri ilə birlikdə Əhmədabad və Qədirli kəndləri də qazlaşdırılacaq.

 

Tovuz rayon elektrik şəbəkəsindən isə dağ kəndlərinə elektrik enerjisinin verilməsinin diqqətdə saxlanıldığı bildirlib. 

 

Qeyd edək ki, hazırda Əhmədabad kəndinin əhalisi 1192 nəfər, Qədirli kəndinin  əhalisinin sayı isə 4250 nəfərdi. Hər iki kəndin əsas məşğuliyyəti əkinçilik və hevandarlıqdı, xüsusi ilədə dağlıq ərazi olduğu üçün sakinlər daha çox kartof əkimi ilə məğul olmağa üstünlük verirlər.