• 19:35

Gəncədə baş vermiş qəza nəticəsində üç nəfər xəsarət alıb

  • 9
13 Yanvar 2018, 14:22

Gəncədə “KAMaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. 

 

Xəsarət alanlar şəhər sakinləri 36 yaşlı Orucov Natiq, 43 yaşlı Orucov Elşad və 31 yaşlı Orucov Afiqdir.

 

Yaralananların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.