• 13:53

Ağdamda naqil oğurlayan şəxslər tutulub

  • 6
13 Fevral 2018, 12:20

Ağdamda 12 kəndin su təchizatında problem yaradan şəxslər tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Kiçikli kəndindəki artezian quyularını elektrik enerjisi ilə təmin edən naqilin 18 metr hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Poladlı kənd sakini Məmmədbağır Misirov və Sarıçoban kənd sakini İsmayıl Ətapur saxlanılıblar. 

 

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən il fevralın 22-dən cari il yanvarın 21-dək olan müddətdə rayonun daha 11 kəndindəki artezian quyularını elektrik enerjisi təmin edən naqilləri kəsərək oğurlamaları da müəyyən edilib.