• 13:50

Beyləqanda dilsiz uşaq doğulub

  • 13
13 Fevral 2018, 11:31

Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulan Ayxan İmanov anadangəlmə dilsizdir.1 yaş 4 aylıq olan uşağın dili olmadığı üçün ağzındakı hissiyatları da yoxdur. Bu da onun qidalanmasında problemlərə yol açır. 

 

Valideynlərinin sözlərinə görə, Ayxanın müalicə olunması üçün həkimlərə müraciət etsələr də, xeyri olmayıb. Uşaq daha çox duru yeməklərlə və əmzik vasitəsi ilə qidalanır.

 

Dili olmadığından danışa bilməyən Ayxan istəklərini ancaq əl-qol hərəkətləri vasitəsi ilə başa sala bilir. Çətin durumda qalan ailə bildirir ki, qısa zamandı övladı əməliyyat olunmalıdır. Xarici ölkələrin birində əməliyyat vasitəsi ilə donar dil bərpa edilə bilər, ancaq ailənin buna maddi imakanı catmır. İmanovlar ailəsinin xeyrsevən insanların köməyinə ehtiyacı var. 

 

Həkimlər isə bu halın çox nadir anomaliya olduğunu bildirirlər. Əgər bu problemə vaxtında müdaxilə olunmazsa, belə uşaqlarda daha çox ağciyərlərlə bağlı bir sıra problemlər ortaya çıxacaq.