• 21:29

Neftçalada əvvəllər məhkum olunmuş şəxsdən narkotik və silah götürülüb

13 Fevral 2018, 16:25

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

 

Keçirilən əməliyyat nəticəsində Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev polislər tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 55 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə polislər tərəfindən baxış keçirilən zaman oradan əlavə olaraq 2 kiloqram 100 qram marixuana və müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-8” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. 

 

Faktla bağlı araşdırma aparılır.