• 21:54

Cəlilabadda şəhid pilot Rüstəm Rüstəmov anılıb

13 Fevral 2018, 12:58

Cəlilabadda Şəhid pilot Rüstəm Rüstəmovun anım mərasimi keçirilib. Mərasimdə rayon sakinləri, eləcə də Qarabağ qaziləri iştirak edirblər. Mərasim şəhidin doğulub boya-başa çatdığı evdə keçirilib. 

 

Şəhid Rüstəm Rüstəmov 1979-cu il Cəlilabad rayonunda dünyaya gəlib.1998-ci ildə o, Hərbi aviasiya akademiyasına daxil olub. 2002-ci ildə oranı bitirdikdən sonra zabit kimi xidmətə başlayıb. ABŞ-da da Dövlət xətti ilə Təkmilləşdirmə kurslarında təhsil alan Rüstəm xidmətində fəqləndiyi üçün dəfələrlə diplom və medallarla təltif olunub. Rüstəm Rüstəmov 2013-cü ildə döyüş tapşırığını yerinə yetirəkən helikorpter qəzası zamanı şəhid olub.