• 13:39

Qazaxda suvarma ilə bağlı problem yarana bilər

  • 29
13 Fevral 2018, 13:32

Artıq fevral ayının ortaları olmasına baxmayaraq qərb bölgəsində qarın və yağışın yağmaması kənd təsərüfatına mənfi təsir göstərə bilər. Qazax rayon kənd təsərüfatı idarəsinin rəis əvəzi Həmid Pənahaov bildirib ki, su anbarları boş qalarsa əkin sahələrinin suvarılmasında bir sıra problemlər yaranacaq. Onun sözlərinə görə, rayonda 2017-ci il ərzində kənd təsərüfatının əksər sahələrində məhsuldarlıq çoxalıb və əkin sahələri genişləndirilib.Rayonda fındıqçılıq, baramaçılıq və tütünçülük sahəsində də inkişaf var.