• 09:52

Şəmkir icra başçısı hesabat verib

  • 19
13 Fevral 2018, 13:53

Şəmkirin icra hakimiyyətinin başçısı hesabat verdi. Hesabat yığıncağında iştirak edən icra hakimiyyətinin nümayəndə heyyəti, qonaqlar əvvəlcə Heydər Əliyev mərkəzində ümummilli liderimizin büstü önünə çiçək dəstləri qoyaraq onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərkəzdə keçirilən yığıncaqda 2017-cı ilin yekunları müzakirə edilib. Müzakirədə Prezident Administrasiyasının məsul əməkdaşı Əlibaba Əliyev, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib. Hesabat yığıncağında prezident İlham Eliyevin Şəmkirə səfəri xüsusi qeyd edilib. Bildirilib ki, dövlətimizin başçısı rayona səfəri zamanı “Şəmkir Aqroparkı”, “Azərxalça” ASC-nin Şəmkir filialı, “Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolu, Mobil Səhra Cərrahiyyə Hospitalı və Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışı olub. Səfərdən sonra Şəmkir şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalanıb. Sonda 2018-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib, təkliflər səsləndirilib.