• 19:44

Onkoloji xəstəliklər əsrin bəlasına çevrilib

  • 18
13 Fevral 2018, 17:33

Hal hazırda xərçəng xəstəliklərinin əksər hissəsi ilkin mərhələlərdə çox uğurla müalicə olunur və insan tam sağalır. Təəssüf ki, bir çox onkoloji xəstələr mütəxəssislərin "əlinə" xəstəliyin gecikmiş mərhələlərində düşür. Bu səbəbdən müasir onkologiyanın əsas problemi onkoloji xəstəliklərin vaxtında aşkar edilməsidir. Onkoloji xəstələrin sayının artmasında əsas amillər ekologiya, qidalanma rejimi, qida məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin yüksəlməsidir. Bu barədə gəncə onkoloji xəstəxanasının həkimi, tibb elmləri namizədi Nizami Həsənov məlumat verib.  

 

Həkim bildirir ki, ölkədə aparılan icbari dispanserizasiya nəticəsində insanları bu xəstəlikdən qorumaq mümkündür. Belə ki, aparılan müayinələr nəticəsində xəstəlik aşkar oluna və zamanında müalicə oluna bilər. 

 

Qeyd edilib ki, Gəncə onkoloji xəstəxanası Gəncə və ətraf rayonlara xidmət göstərir. Xəstəxanaya yeni avadanlıqlar gətirilib və onların vasitəsi ilə xəstəxanaya müraciət edən sakinlərə kompüter tomoqrafiya, ultrasəs, mamoqrafiya və qistroskopiya xidmətləri göstərilir.