• 05:27

Həzrəti Fatimə (s.ə) özündən sonra çox şeyi yadigar qoyub getdi: İffəti, izzəti, qadın şərafətini...

  • 25
14 Fevral 2018, 16:24

Xanım Fatimeyi Zəhranı (s.ə) yada salan zaman gözlərimiz yaşla və qəhərlə dolur. Mələk qismində olan bu nəcib banu, ömrünün qısa olmasına baxmayaraq, çox işlər görüb.

 

O, bütün İslam qadınları üçün örnək, nümunə olmuşdur və olacaqdır da.

 

İki cahan xanımı olan Həzrət Fatimə özündən sonra çox şeyi yadigar qoyub getdi, iffəti, izzəti, qadın şərafətini, qeyrəti, kamala çatmağın yollarını.

 

Əhli-Beyt (ə) və Həzrət Zəhra (s.ə) üçün əzadarlıq saxlamaq - həm ictimai və həm də fərdi təsirlərə malikdir. Əhli-Beyt (ə) məktəbinə görə, bu əzadarlıqlar gərək mərifət və agahlıq üzərindən olsun. O əzizlərlə həmdərd olmaq, onların fəzilətlərini, sünnələrini yada salmaq – insanı örnək və nümunə olan insanlara tərəf sövq edər.

 

Biz də Xanım Fatimeyi Zəhranın şəhadət günləri ilə bağlı bütün müsəlmanlara  başsağlığı veririk!