• 05:27

Ağstafada 21 baş iri buynuzlu heyvan yoxa çıxıb

  • 23
14 Fevral 2018, 12:26

Artıq bir neçə aydır ki, Gürcüstanla həmsərhəd bölgədə yerləşən Ağstafa rayonun Sadıxlı kəndində, kənd sakinlərinə məxsus 21 baş iri buynuzlu heyvan örüş sahəsindən yoxa çıxıb. Kənd sakinlərinin bir neçəsi onların heyvanları çobanın qarşısından yoxa çıxığını, bəzi sakinlər isə heyvanlarının sahibsiz  çöldə qalaraq yoxa çıxığını deyiblər. Heyvanlarının itməsi ilə bağlı isə artıq Ağstafa rayon polis şöbəsinin Köçvəlli polis bölməsinə məlumat verdiklərini bildirən sakinlər heyanlarının hansı səbəbdən yoxa çıxmasından məlumatsız olduqlarını deyib.

 

Çöban Eldəniz Yusifov isə bildirib ki, kənd sakinlərinə məxsus heyvanlar günlərlə, hətta həftələrlə  sahibsiz halda çöldə qalırlar ki, buda heyvanların itməsinə səbəb olur. Çoban həmçinin qeyd edib ki, heyvanlar bir neçə gün örüş sahəsində sahibsiz qaldıqdan sonra onları örüş sahəsindən kəndə gətirir. Heyvanların isə hansı səbəbdən yoxa çıxması məlum deyil.

 

Qeyd edək ki, Sadıxlı kəndində baş vermiş heyvan itkisi ilə bağlı  Ağstafa rayon polis şöbəsinin, Köçvəlli polis bölməsinin əməkdaşları heyvanların yoxa çıxmasının oğrluq hadisəsi olub-olmaması ilə bağlı araşdırmalara başlayıb.