• 16:17

Cəlilabadda əhalinin icbari tibbi müayinəsi həyata keçirilir

  • 8
14 Fevral 2018, 13:43

Ölkə prezidentinin tövsiyyəsinə əsasən respublika ərazisində olduğu kimi Cəlilabad rayonunda da vətəndaşların kütləvi icbari müayinəsinə başlanıb.

Bu məqsədlə rayon Mərkəzi Xəstəxanasında müayinə otaqları yarıdılıb. Müayinələrin dəqiq həyata keçirləməsi üçün xəstəxana bütün lazımı tibbii avadılıqlar və tibbi ləvazimatlarla tam təmin olunub. Ucqar Dağlıq kəndlərdə yaşayan yaşlı və xəstə insaların da müayinə olunmasından ötrü Mərkəzi xəstəxana nəzdində ixtisaslı tibb işçilərindən ibarət səyyar həkim biriqadaları yaradılıb. Bundan başqa rayon idarə, müəssə eləcə də sair təşkilatlarda çalışan şəxslərin müayinələrə cəlb olunmasından ötrü həmin qurumlarda xüsusi cədvəllər hazırlanıb. Xəstəlik aşkar olunmuş sakinlər Mərkəzi Xəstəxanada müalicə olunurlar. Ehtiyac olacağı təqdirdə isə xəstələr paytaxtdaki ixtisaslaşmış xəstəxanalara göndərilir. Fevral ayında start verilmiş müayinələr may ayının əvvəllərinə kimi aparılacaq.

Qeyd edək ki, rayon üzrə 216 minə yaxın əhali var ki, bunların da 71 minini uşaqlar təşkil edir.