• 06:23

Yevlaxda canavar evə hücum edib

  • 23
14 Fevral 2018, 15:18

Yevlaxda canavar əvvəlcə qoyunları parçalayıb, sonra evə hücum edib. Rayonun Tanrıqullar kənd sakini Nasir Məmmədovun həyətinə girən yırtıcı 5 baş xırda buynuzlu heyvanı parçalayıb. Yırtıcı 10 qoyuna da xəsarət yetirib. 

 

Hadisə baş verən an səs küyə ev sahibləri də oyanıblar. Yaşlı qadın işığı yandırıb pəncərəyə yaxınlaşan zaman isə canavar işıq gələn hissəyə atılıb. Şüşələri sındıra bilməsə də ev sahiblərinə həycanlı anlar yaşada bilib.

 

Qeyd edək ki, canvarlar Tanıqullar kəndi ərazisində bir neçə ay öncə 3-4 sakinin həyətinə girib xeyli heyvanı tələf ediblər.