• 22:12

Cəbhə kəndlərində həyat öz axarı ilə davam edir

  • 21
22 Fevral 2018, 13:56

Son bir neçə gündə cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu müxtəlif istiqamətlərdə atəşkəsi pozaraq  mövqelərimizə soxulmağa cəhd göstərirlər. Amma buna baxmayaraq Vətənin keşiyində ayıq-sayıq dayanan Azərbaycan əsgəri düşmənin bütün hücümlarının qarşısı qətiyyətlə alır. Ordumuzun qarşı tərəfə sarsıdıcı zərbələri cəbhə kənd sakinlərində böyük ruh yüksəkliyi yaradıb.

 

Çəkiliş apardığımız Ağdamın Qaradağlı kəndi düşmən mövqelərinə yaxın yaşayış məntəqələrindən biridir. Son günlər bu kənd tez-tez atəşə tutulsa da sakinlər gündəlik işləri ilə məşğuldular. Nə qədər təhlükəli olsa da sakinlər Ermənistan ordusu tərəfindən müşahidə edilən əkin sahələrində təsərrüfat işləri ilə məşğul olurlar.

 

Qeyd edək ki, 5000 nəfər əhalisi olan Qaradağlı kəndi aprel döyüşləri zamanı böyük zərər görüb. Azərbaycan dövləti erməni artilleriyasının dağıtdığı evləri bərpa etdilərək sahiblərinə təhvil verilib. Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.