• 17:07

Qaxda 28 yaşlı gənc bıçaqlanıb

  • 46
22 Fevral 2018, 14:58

Qaxda 28 yaşlı gənc bıçaqlanıb. Hadisə rayonunun Nizami parkı ərazisində baş verib. Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Nüsrət Hilal oğlu Əliyev bıçaqlanma xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

Nüsrət Əliyevə döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilən, lakin daxilə nüfuz etməyən bıçaq yarası dioqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılıb, vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Şahidlər bildiriblər ki, Rüfət adlı şəxs parkın qarşısında Nüsrət Əliyevin atası Hilal Əliyev ilə mübahisə edib və onu təhqir edib. Hadisəni görən Nüsrət Əliyev həmin şəxsdən atasını təhqir etməməsini istəyib. Rufət əlində olan bıçaqla Nüsrətə bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. Keçirilmiş tədbirlər nəticəsində o, saxlanılıb.

 

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.