• 22:14

Türkiyənin Gəncədəki konsulluğunda Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

  • 30
22 Fevral 2018, 16:01

Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı və dəstəyilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşık, Gürcustanın Gəncədəki baş konsulu Mamuka Balavadze, Xocalıdan olan canlı şahid Səmayə Mirzəyeva, Qarabağ müharibəsi əlili Əsədov Elmidar və şəhər ictimayəti iştirak edib.

 

Çıxış edənlər ermənilərin tarix boyu törətdikləri vəşilikdən söz açıblar.

 

Yazıçı İradə Əlili “Xocalı: Şahidlər danışır” adlı kitabını tədbir iştirakçılarına təqdim edib. Və bildirib ki, dörd dilə tərcümə olunan kitabın Azərbaycanın müxtəlif ölkələrdə olan səfirliyi və konsulluqları vasitəsi ilə bütün dünyaya çatdırılması nəzərdə tutulub.

 

Tədbirdə çıxış edən konsul Orhan İşık Xocalı soyqırımına görə Azərbaycan xalqına başsağlığı verib. Uydurma “Erməni soyqırımı”nın siyasi gündəmə gətirilməsinin iyrənc məqsədlərindən danışan konsul Osmanlı dövlətinə xəyanət və düşmənçilik edən ermənilərin tarixin bütün dövrlərində Türkiyə və Azərbaycana qarşı böyük qüvvələrin əlində alət olduqlarını bildirib.

 

Tədbirin sonunda Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin yetirmələrinin Xocalı soyqırımına həsr olunan"Xocalı soyqırımı",  Biz sülh istəyirik", "Erməni vəhşiyliyi" adlı rəsm əsərləri nümayiş etdirilib.