• 16:52

Cəlilabadda oğurluq atları Qazaxıstana aparan şəxslər saxlanılıb

  • 24
23 Fevral 2018, 13:29

Azərbaycandan Qazaxıstana aparılan atlar arasında oğruluq atlar aşkar olunub. Ələt-Astara magistaralının Cəlilabad rayonundan keçən hissəsində hərəkət edən atla dolu“ Kamaz” markalı yük avtomobili şübhə doğurduğu üçün saxlanılıb. Daha sonra polis bir müddət əvvəl atlarıın oğurlanması ilə bağlı şöbəyə ərizə ilə müraciət etmiş şəxslərə məlumat verib. Məlum olub ki, müxtəlif vaxtlarda həyətyanı və örüş sahəsindən oğurlanmış 3 rayon sakininin atı bunlar arasındadır. 

 

50 -ə yaxın atı Qazaxıstan respublikasına  aparmaq istəyən şəxslər polisə bildiriblər ki, bütün heyvanları Masallı rayonunda ayrı-ayrı şəxslərdən pul müqabilində alıblar və heyvanların arasında oğurluq atların olmasından xəbərləri olmyıb.

Hazırda polis heyvanları oğurlayaraq öz malları adı altında satmış şəxslərin tapılması istiqamətində araşdırmaları davam etdirir.