• 21:41

Azərbaycanda cinayət törətmiş əkizlər saxlanılıb

  • 16
10 Mart 2018, 11:43

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən 3 nəfərdən ibarət dəstə saxlanılıb. Onlar rayonun Köhnəxaçmaz kənd sakinləri əvvəllər məhkum olunmuş Əziz Hacıbalayev, Ruslan Hacıbalayev və sonuncunun qardaşı Kamran olduğu müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların dekabr ayının 31-dən cari ilin ferval ayının 22-dək olan müddətdə rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsuz 3 fərdi evdən, 1 mağaza və 1 iaşə obyektindən məişət əşyaları oğurlayıblar. Dəstə üzvlərinin oğurladıqları əşyaların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

 

Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.