• 21:39

Gəncə sakinindən narkotik götürülüb

  • 18
10 Mart 2018, 13:26

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Stansiyası Xətt Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.  Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Gəncə şəhər sakini Mahir Aşırov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki polietilen kisədə ümumi çəkisi 2 kiloqram 270 qram marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.