• 09:07

Alpaqut turan döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib

  • 53
12 Mart 2018, 16:24

Alpaqut turan döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib.

 

İnterAz xəbər verir ki, Şağan İdman Olimpiya Kompleksində baş tutan Alpaqut Turan döyüş növü üzrə IV Azərbaycan çempionatına Aypara, Batur, Caymaz və Qurşaq sistemi üzrə 300 alpaqutçu qatılıb.

 

Öncə Alpaqut Turan Döyüş sənəti üzrə IV Azərbaycan çempionatının rəsmi açılış mərasimi olub.

 

Mərasimdə Azərbaycan Alpaqut Federasiyasının prezident əvəzi Qüdrət Nuriyev, Alpaqut Turan Döyüş Sistemlərinin qurucusu, “Kutsan” Vasif  Namazov, Prezident Adminstrasiyasının, Gənclər və İdman Nazirliyinin, İdman Akademiyasının rəsmiləri, digər qonaqlar iştirak edib.

 

Rəsmi hissədən sonra Alpaqut Turan Döyüş sənəti üzrə IV Azərbaycan birinciliyinə start verilib.

 

Çempionatda Aypara sistemi üzrə komanda hesabı ilə birinci yeri Ağdam, ikinci yeri Suraxanı, üçüncü yeri Sabunçu, Caymaz sistemi üzrə birinci yeri Mingəçevir, ikinci yeri Ağcəbədi, üçüncü yeri Laçın, Batur sistemi üzrə isə birinci yeri "Dinamo" idman klubu, ikinci yeri Laçın, üçüncü yeri Şəmkir komandaları tutub.

 

Çemponatın sonunda yarış qalibləri mükafatlandırılıb.

 

Qeyd edək ki, Alpaqutun tam adı ALPAQUT - Turan Döyüş Sənətidir. Müqəddəs Döyüşçü mənasındadır. Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Alpaqut döyüş sənəti, Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti"dir.