• 09:23

Rusiyanın azərbaycanlı gəncləri Vladimir Putinə dəstək aksiyası keçiriblər

  • 23
12 Mart 2018, 11:30

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın azərbaycanlı gəncləri Vladimir Putinə dəstək aksiyası keçiriblər.

 

İnterAz-ın  Moskva müxbiri xəbər verir ki, Rusiya Federasiyasının paytaxtı Moskvada Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində Vladimir Putinə dəstək kampaniyası çərçivəsində mini futbol üzrə millətlərarası turnir təşkil edilib.

 

Turnirin açlışında iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycan Gənclər Birliyinin idarə heyyətinin üzvü Emin Hacıyev, Moskva Dövlət Hümanitar İqtisad universitetinin rektoru Vaqif Bayramov, Ümumrusiya Azərbaycan diasporunun sədri Fazil Qurbanov ilk öncə nitqlərində Leyla Əliyevaya turnirin təşkilinə görə təşəkkür ediblər. 18 martda gəncləri ümumxalq səsverməsinə dəvət edən natiqlər Rusiya Azərbaycan gəncliyinin Vladimir Putini dəstəklədiyini qeyd ediblər.

 

"Rusiya xalqları V.Putini dəstəkləyir", "Rusiya Azərbaycan gəncləri Vladimir Putinlə birlikdə", "Birlik, güc, gələcək!" şüarları altında keçirilən mini futbol üzrə turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Özbəkistan, Tacikistan ilə yanaşı Rusiyanın regionlarından olan 12 komanda güclərini sınayıb.