• 14:39

Moskvada Xanım Fatimənin (s.ə) mövludu qeyd olunub

  • 21
12 Mart 2018, 18:01

Moskvada dünya xanımlarına örnək olan, Peyğəmbər qızı, 11 imam anası xanım Fatimeyi-Zəhranın mövludu günü qeyd edilib.

 

Paytaxtın İslam Mədəniyyət mərkəzində “Ummatoday” saytı və “Fatimeyi Zəhra” cəmiyyəti tərəfindən təşkil edilən bayram tədbiri möminə qadınları bir araya toplayıb. Bayram şənliyində 500 yaxın möminə xanım iştirak edib.

 

Tədbirdə çıxış edən “Fatimeyi Zəhra” cəmiyyətinin sədri Zemfira Məmmədova izzətli yaşamaq üçün hər bir xanımın Xanım Fatiməni özünə nümünə seçməsi lazım olduğunu qeyd edib.

 

Məclis bayar şənliyyinə dəvəy olunmuş “Məryəm” ilahi nəğmələr qrupunun iştirakı ilə davam etdirilib. Mahnılar səsləndirilib şerlər oxunub. Xanım Fatimei Zəhra haqqında suallar verilib cavablar alınıb.

 

Tədbir iştirakçıları da öz təsuratlarını, Xanim Fatiməyə olan məhəbbətlərini qeyd ediblər.