• 14:38

Gəncədə türkiyəli yazarın əsəri səhnələşdirilib

  • 20
12 Mart 2018, 17:11

10 mart - peşəkar Azərbaycan teatrının yaranmasının 145-ci ildönümü münasibətilə Gəncə Dövlət Dram Teatrında türkiyəli yazar Tuncer Cücenoğlunun "Matryoşka” adlı romantik komediyası teatr sevənlərə təqdim olunub.

 

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, müsiqi tərtibatçısı Tünzalə Mustafayevadır.

 

Bu Tuncay Cücenoğlunun Azərbaycanda oynanılan 7-ci əsəridir. Bundan öncə “Kör döyüşü”, “Uçqun”, “Ziyarətçi”, “Ah bir yoksul olsam”, “Boyaçı”, “Kadınçıklar” əsərləri səhnələşdirilib. 

 

Teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov bildirib ki, “Matryoşka” adlı tamaşa ailə məişət problemləri üzərindən hazırlanıb və teatr sevənlərin marağına səbəb olub. 

 

Türkiyədən gələn qonaqlar sırasında Kurtlar Vadisi filmində Ömər baba kimi tanınan Emin Olçay da olub. O tamaşa ilə bağlı fikirlərini səsələndirib.

 

Tamaşa bitdikdən sonra xatirə şəkli çəkdirilib.