• 10:11

Cəlilabadda 33 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb

  • 28
13 Mart 2018, 15:23

Cəlilabadda 33 yaşlı gənc taxıl zəmisində bıçaqlanıb. Hadisə rayonun Kazımabad kəndində baş verib. Kənd sakini Vüsal Kərimovun təsərrüfatındakı heyvanlardan biri 17 yaşlı Gündüz İmanovun valideyinlərinə məxsus zəmi sahəsinə girdiyi üçün kəndlilər arasında mübahisə düşüb. Daha sonra Gündüz üzərindəki bıçaqla Vüsala çoxsaylı xəsarət yetirərək hadisə yerindən qaçıb.

 

Yaralı yaxınları tərəfindən Cəlilabad mərkəzi rayon xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

 

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.