• 18:18

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən silah götürülüb

  • 13
13 Mart 2018, 15:02

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

 

Belə ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmmədovda odlu silah-sursat olması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun Nardaran-Maştağa massivində yaşadığı evə baxış keçirilən zaman orada gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, həmçinin 5 ədəd patron aşkar olunaraq götürülüb. 

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.