• 01:23

ADAU-da "Elektron kənd təsərrüfatı" ilə bağlı tədbir keçirilib

  • 44
13 Aprel 2018, 14:40

Ölkədə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılmasının mövcud vəziyyəti, qarşıda duran vəzifələr, layihənin icrasında digər qurumlarla 

Yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) potensial imkanlarından istifadə ilə bağlı tədbir keçirilib. Rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki,  universitetin maddi-texniki bazasının müasirləşdirilməsi tədbirləri çərçivəsində informasiya texnologiyaları avadanlıqları, proqram və sürətli internetlə təminat, müvafiq ixtisaslar, o cümlədən “yerquruluşu, torpaq və şəhər kadastrı”, “informasiya texnologiyaları”ixtisasları üzrə mütəxəssis hazırlığının aparılması  universitetdə  bu sahədə böyük imkanların olduğunu deməyə əsas verir. Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovun, Elm və Təhsil şöbəsinin müdiri  Namiq Məmmədovun iştirakı ilə keçirilən görüşdə universitetin müvafiq sahə üzrə müəllimləri, bakalavr və magistrant tələbələri, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktorları iştirak ediblər. İlham Bayramov çıxış edərək "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması barədə danışıb.

 

Nazirlik rəsmisi prioritetləri, komponentləri, Bakıda və respublikanın bütün rayonlarında yeni inşa edilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş inzibati-laboratoriya binaları və digər məsələlərlə bağlı da məlumat verib.

 

Sonra elektron "Elektron kənd təsərrüfatı" sisteminin məlumat bazasının formalaşdırılması üçün tələblər, bu istiqamətdə universitetlə əməkdaşlıq imkanları, o cümlədən müvafiq sahə üzrə mütəxəssisləri, bakalavrların, magistrantların, doktorantların prosesə cəlb edilməsi və onlara təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.