• 01:02

Bərdədə mikroavtobus yanıb, 8 nəfər xəsarət alıb

  • 20
13 Aprel 2018, 12:40

Bərdədə mikroavtobus yanaraq kül olub. Hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib. Anar Nəbiyevin idarə etdiyi 66-ZC- 806 dövlət nömrə nişanlı “Raf” markalı mikroavtobus hərəkət zamanı qəfildan alışıb. Avtomobilin mühərrik hissəsində başlayan yanğın qısa zamanda genişlərək bütöv avtobusu kül edib.Hadisə yerinə FHN nazirlyinin yanğın söndürənləri cəlb ediləsə də alovu ram etmək mümkün olmayıb.

 

Hadisə zamanı 8 nəfər xəsarət alıb.Yaralılar mikro avtobusun sürücüsü 1981-ci il təvəllüdlü Anar Nəbiyev, sərnişinlər 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

 Faktla bağlı araşdırma aparılır.