• 08:53

Qazaxda gənclər hərbi xidmətə yola salınıb

  • 11
13 Aprel 2018, 16:14

Qazaxlı  gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər. bu münasibətlə rayonda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qarabağ müharibəsi veteranları, Aprel döyüşlərinin iştirakçıları, çağırışçılar, valideynlər və KİV nümayəndələri iştirak edib. Tədbirə şəhərdəki Şəhidlər Xiyabanından başlanılıb. Şəhidlərin ruhuna dua oxunub. 

 

Daha sonra  Vətən yolunda canından keçmiş oğul və qızlarımızın xatirəsi yad edilib, memorial önünə gül dəstələri qoyub. tədbir Heydər Əliyev parkında davam edib. Rayon rəhbərliyi və tədbirə toplaşanlar ümummlli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev çıxış edərək Hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edib. Övladlarını hərbi xidmətə salan valideynlər tezliklə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inandığını bildirib. 

 

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

 

Gənclər hərbi xidmətə yola salınıb.