• 19:53

Tərtərdə fəhlə işlədiyi evdən oğurluq edib

  • 31
13 Aprel 2018, 15:28

Tərtər rayonunda oğurlq hadisəsi baş verib. Tərtər rayon Hüləbətli kənd sakini Rayon polis Şöbəsinə müraciət edərək evindən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Aparılan axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun ev sahibin həmkəndlisi Yusif Əsgərov olduğu məlum olub. 

 

Dindirilmə zamanı o oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Yusif Əsgərov oğurlq hadisəsni evdən fəhlə kimi işlədiyi zaman etdiyini səmimi etiraf edib.

 

Faktla bağlı Tərtər RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.