• 19:12

Bərdədə pambıqçılığın inkişafı ilə əlaqədar müşavirə keçirilib

  • 10
14 Aprel 2018, 10:31

Bərdə rayon icra hakimiyyətində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixində Bərdə rayonunda “Pambıqçılığın inkişafı məsələlərinə dair Respublika müşavirəsindəki” tapşırıqların icrası ilə bağlı rayon müşavirəsi keçirildi. Tədbirdə  Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev , Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, “Aqrolizinq” ASC- nin sədri Elşən Məmmədov, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev iştirak etmişdir.Müşavirəyə rayon ərazisində pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri və fermerlər, aidiyyəti qurumların rəhbərləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri dəvət olunuB. Yığıncaqda  əkin zamanı yaranan bəzi çətinliklər və həlli yolları müzakirə edilərək  qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirildi. Hazırda rayonda 1000 hektara yaxın sahədə əkin aparılıb.

 

Qeyd edək ki, dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində Bərdə rayonunda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər 2015-ci ildə rayon ərazisində 1162 hektarda pambıq əkilmişdisə, 2016-cı ildə 3003 hektarda “ağ qızıl” becərilib. 2017ci ildə isə 8000 hektardan çox sahədə pambıq əkini aparılıb.