• 19:10

Goranboy və Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib

  • 26
14 Aprel 2018, 13:08

Goranboyda minik maşını motorollerlə toqquşub. Xoşagəlməz hadisə Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində baş verib. Qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı motorollerdə olan 22 yaşlı Əfqan Əliyev və 28 yaşlı Lalə Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırlıblar. Yaralılara tibbi yardım göstərilib vəziyyətlərinin kafi olduğu bildirir. Digər yol nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Yevlax şəhər ərazisindən keçən hissəsində baş verib. İki avtomobil toqquşdu 1 nəfər öldü, 2 nəfər yaralandı. Orxan Əlverdiyevin sürücüsü olduğu  "Ford Transit" markalı avtomobil, Aydın Vəliyevin idarə etdiyi "Kamaz"-la toqquşub. Hadisə zamanı 31 yaşlı Orxan Əlverdiyev, onun həmyaşıdı İlkin Yusibov və 25 yaşlı Emin Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Yaralılara ilkin yardım göstərlib həkimlərin səyinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmayıb. Hər iki Faktla bağlı araşdırma aparılır.